K.Sayns: Tras təhlükəlidir

McLaren komandasının sürücüsü Karlos Sayns düşünür ki, Saxir trasının oval versiyasının ikinci sektoru trafikə görə problemli olacaq.

F-1.az xatırladır ki, cümə sərbəst yürüşləri ispaniyalı sürücü üçün heç də ideal keçməyib.

Karlos Sayns: “Sözün düzü, nahardan sonra bir az yaxşı idi, amma bir həftə içində bu qədər zəifləməyimiz təəccüblüdür. Düzdür, küləyin yönü dəyişdiyi üçün trasdakı şərait də dəyişdi.

Sessiya ərzində balans problemləri yaşadıq. Bu, qəribədir, çünki son yarışdan beş gün keçib və indi belə problem yaşayırıq. Bu, qəribədir. İstədiyimiz yerdə deyilik.

Trasa gəldikdə isə ikinci sektor çox dar və təhlükəlidir. Briqifinqdə bu barədə danışacağıq və oranı düzəltmək üçün təkliflərim olacaq. Ümid edirəm ki, vəziyyəti düzəldərik, çünki hazırda çox təhlükəlidir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*