K.Sayns: “Ferstappenlə eyni gücdəyik”

Karlos Sayns düşünür ki, Red bull-da yarışmaq üçün hazırdır.

F-1.az xatırladır ki, İspaniya QP-dən etibarən Ferstappen Red Bull-un, Kvyat isə Toro Rosso-nun şərəfini qoruyur. Kvyat İspaniyada Toro Rosso ilə 10-cu yeri tutduğu halda, Maks Ferstappen yarışı birinci yerdə bitirmişdi.

Son iki ildə Ferstappenlə komanda yoldaşı olan Karlos Sayns düşünür ki, hollandiyalı sürücü qədər sürətlidir: “Maks ilə sürət cəhətdən bir-birimizə çox yaxınıq. Bu, sirr deyil. Onsuz da hamı bunu görürdü.

Mənim əlimə belə bir fürsətin düşüb-düşməyəcəyini bilmirəm. Amma Red Bull-a demək istəyirəm ki, əgər ehtiyacaları olsa, burada hazır bir sürücü var. Bunun üçün həmişəkindən daha çox işləyirəm.

Daniil güclü sürücüdür və onunla mübarizə aparmaq çox gözəl olacaq. Komandanın lider sürücüyə ehtiyacı yoxdur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*