B.Ekklstoun: “Seçim etmək çətindir”

Formula1-in sabiq prezidenti Berni Ekklstoun gələcəkdə Maks Ferstappen və Şarl Lekleri eyni komandada görmək istəyir.

F-1.az xatırladır ki, hazırda hər iki gənc sürücü diqqət mərkəzindədir. F1 dünyasında bəziləri Lekleri daha güclü hesab etsə də, bəziləri əksini düşünür.

Berni Ekklstoun: “Onlar yarışları fərqli formada qazanan iki fərqli insandırlar. Buna görə də mənimçün seçim etmək çətindir. Onları eyni maşına sahib olduqlarında müqayisə edə bilərik. Bunu görmək gözəl olardı”.

, ,