İspaniya-2022: Yarış

Komandalar bura çox sayda yeniliklərlə gəlib, lakin qüvvələr nisbəti dəyişilməyib. Mercedes yırğalanma problemini həll edib və sürət artıb, Aston Martin isə yenə də geriləyib, üstəgəl Red Bull bolidini kopyalamaqda ittiham ediliblər.

F-1.az xatırladır ki, hər 3 məşqdə Şarl Lekler protkollara başçılıq edib. Monakolu sürücü uğurlu çıxışını dünən sıralanma turlarında da davam etdirib və növbəti poulunu qazanıb.

Pirelli ənənəvi olaraq, bura ən sərt üçlüyü – C1, C2 və C3 tərkibləri gətirib. Hard təkərlərdən sürücülər yalnız son məşqlərdə istifadə ediblər. Yumşaq tərkiblər isti havada sürətlə aşınıb, sərt tərkiblər isə sürətə ciddi təsir edib. Startda Həmilton Medium, qalan bütün sürücülər isə Soft təkərləri seçiblər.

Yarışa ilk cərgədən Lekler və Ferstappen, ikinci cərgədən Sayns və Rassell, üçüncü cərgədən isə Pereslə Həmilton başlayıb. Alonso mövsümdə dönrdüncü motoruna keçdiyi üçün peletonun gerisinə göndərilib.

Startda Lekler yerini qoruyub, Rassell üçüncü yerə yüksəlib. Maqnussenlə Həmilton təmas yaşayıb və danimarkalı sürücü çınqıllığa düşsə də, geri qayıdıb. Həmiltonun isə təkəri deşilib və erkən pit-stop etməli olub. İnsidentə görə heç kim cəzalandırılmayıb. 2-ci dövrədə ilk onluq: Lekler – Ferstappen – Rassell – Peres – Sayns – Şumaxer – Bottas – Şumaxer – Bottas – Rikkardo – Okon – Norris.

Bottas Şumaxeri keçərək 5-ci olub. Okon isə Rikkardonu üstələyib. Alonso da Çjou və Strollu ötüb. Okon Şumaxeri də geridə qoyub. Alonso Fettelə mübarizədən qalib ayrılıb. Sayns yerində fırlanaraq çınqıllığa düşüb, trasa 14-cü yerdə qayıda bilib.

Ferstappen 9-cu dövrədə Saynsla eyni yerdə trasdan çıxıb, buna güclü külək səbəb olub. Niderlandlı sürücü trasa dördüncü yerdə qayıda bilib. Norris və Şumaxer Rikkardonu qabaqlayıb. Peres komanda yoldaşını irəli buraxıb və o da öz növbəsində Rassellə hücumlar etməyə başlayıb.

Pit-stop dalğası başlayıb – Sayns, Alonso, Qasli və Çjou 11-ci, Tsunoda, Rikkardo və Elbon 12-ci, Norris, Şumaxer və Latifi 13-cü, Rassell, Ferstappen və Okon isə 14-cü dövrədə təkərlərini dəyişiblər. Sayns Norrisi geridə qoyub. Bottas və Stroll 15-ci, Peres isə 18-ci dövrədə yeni təkərlərə keçib.

Sayns Fetteli də qabaqlayaraq yeddinci yerə yüksəlib. Ferstappenin maşınında şənbə günü olduğu kimi, yenə DRS vaxtaşırı işləməyib. Bu da Rasselli ötüb keçməyə imkan verməyib. Şumaxer Rikkardonu qabaqlayıb. Lekler və Fettel 22-ci dövrədə pit-stop edib. Onlara bir dövrə sonra Həmilton qoşulub. Ferstappen 24-cü dövrədə Rasselli geridə qoysa da, Mercedes sürücüsü dərhal yerini qaytara bilib. 25-ci dövrədə ilk onluq: Lekler – Rassell – Ferstappen – Peres – Bottas – Sayns – Okon – Norris – Tsunoda – Alonso.

Elbon 27-ci dövrədə pit-stopa dəvət edilib. Elə bu vaxt yarışın və çempionatın lideri Leklerin motoru güc itirib və Ferrari sürücüsü boksa gələrək yarışdan çəkilməli olub. Qasli və Strollun mübarizəsi ikincinin yerində fırlanması ilə nəticələnib. İnsidentə görə Pyer 5 saniyəlik cəza alıb. Ferstappen 29-cu, Qasli isə 30-cu dövrədə yeni təkərlərə keçib.

Çjou da güc qurğusu güc itirdiyindən mübarizəni başa çatdıra bilməyib. Həmilton Fetteli keçib. Peres də 31-ci dövrədə Rasselli ötərək liderliyə yüksəlib. Alonso, Rikkardo və Sayns növbəti dəfə təkərlərini dəyişib, Ferstappen isə Bottası asanlıqla arxada qoyaraq üçüncülüyə yüksəlib. Tsunoda və Norris də pitə yollanıblar, McLaren mexanikləri sağ arxa təkərin dəyişdirilməsini ləng yerinə yetiriblər.

Bottas, Okon, Rassell və Peres də növbəti pis-stop dalğasına qoşulub, Ferstappen yarışa başçılıq edib. 38-ci dövrədə ilk onluq: Ferstappen – Peres – Rassell – Bottas – Sayns – Həmilton – Okon – Fettel – Norris – Alonso.

Norris Fettellə mübarizədən qalib ayrılıb. Fettel və Ferstappen növbəti dəfə pit-stop ediblər, Maks trasa ikinci yerdə qayıdıb. Sayns və Elbon da təkərlərini dəyişiblər və ispan sürücü Okonu ötüb. Qasli və Stroll çoxsaylı pit-stoplardan daha birini ediblər.

Daha yeni təkərdə olan Ferstappen sürətlə fərqi bağlayıb, Peresdən komanda yoldaşını irəli buraxmağı xahiş ediblər. Maks 49-cu dövrədə liderliyini yenidən ələ alıb. Həmilton və Rikkardo pit-stop ediblər. Həmilton Okonu ötərək 6-cı olub. Rassell, Norris, Okon və Tsunodadan sonra Pereslə Alonso da yeni təkərlərə keçiblər. Rassell Bottas üsətələyərək üçüncü olub. Alonso və Tsunoda Şumaxeri keçib. Sayns Bottasa hücuma cəhd edib və irəli keçib. Arxadan çox sürətlə gələn Həmilton da Bottas üsətələyib, daha sonra isə Saynsı da məğlub edərək dördüncü yerə qalxıb.

Mexaniklər Lyuisə soyutma sistemində problem olduğunu bildiirblər və o, sürətini azaldıb. Sayns rəqibini keçərək dördüncülüyünü bərpa edib.

Beləliklə, Maks Ferstappen mövsümdə dördüncü, karyerasında isə 24-cü qələbəsini qazanaraq əfsanəvi beşqat dünya çempionu Xuan Manuel Fanxioya çatıb. Ötən ilin çempionu həm də mövsümdə ilk dəfə ümumi nəticədə liderliyə yüksəlib. Serxio Peres ikinci olaraq komandasına dubl qazandırıb. Komanda Mühəndislər Kubokunda Ferrari-ni geridə qoyub. Podiumun son pilləsini isə Corc Rassell tutub.

Çempionat gələn həftə Monako knyazlığının dar küçələrində davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Mövqe
1 1 Maks Ferstappen Red Bull 1:37:20.475 3
2 11 Serxio Peres Red Bull + 0:13.072 3
3 63 Corc Rassell Mercedes + 0:32.927 3
4 55 Karlos Sayns Ferrari + 0:45.208 3
5 44 Lyuis Həmilton Mercedes + 0:54.534 3
6 77 Valtteri Bottas Alfa Romeo + 0:59.976 2
7 31 Esteban Okon Alpine + 1:15.397 3
8 4 Lando Norris McLaren + 1:23.235 3
9 14 Fernando Alonso Alpine +1 dövrə 3
10 22 Yuki Tsunoda AlphaTauri +1 dövrə 3
11 5 Sebastyan Fettel Aston Martin +1 dövrə 2
12 3 Daniel Rikkardo McLaren +1 dövrə 3
13 10 Pyer Qasli AlphaTauri +1 dövrə 2
14 47 Mik Şumaxer Haas +1 dövrə 3
15 18 Ləns Stroll Aston Martin +1 dövrə 3
16 6 Nikolas Latifi Williams +2 dövrə 3
17 20 Kevin Maqnussen Haas +2 dövrə 2
18 23 Aleksander Elbon * Williams +2 dövrə 4

 

*  – Aleksander Elbon trasın hüdudlarını dəfələrlə pozduğu üçün nəticəsinə 10 saniyə əlavə edilib.

Sürətli dövrə: Serxio Peres (Red Bull) – 1:24.108 (55-ci dövrə, 213.255 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Quanyu Çjou Alfa Romeo 30 güc qurğusu
Şarl Lekler Ferrari 27 güc qurğusu

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Ferstappen Red Bull Racing 110
2 16 Şarl Lekler Scuderia Ferrari 104
3 11 Serxio Peres Red Bull Racing 85
4 63 Corc Rassell Mercedes-AMG Petronas F1 Team 74
5 55 Karlos Sayns Scuderia Ferrari 65
6 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 46
7 4 Lando Norris McLaren Racing 39
8 77 Valtteri Bottas Alfa Romeo F1 Team ORLEN 38
9 31 Esteban Okon Alpine F1 Team 30
10 22 Kevin Maqnussen Haas F1 Team 15
11 3 Daniel Rikkardo McLaren Racing 11
12 22 Yuki Tsunoda Scuderia AlphaTauri 11
13 10 Pyer Qasli Scuderia AlphaTauri 6
14 5 Sebastyan Fettel Aston Martin Aramco Cognizant F1 Team 4
15 14 Fernando Alonso Alpine F1 Team 4
16 31 Aleksander Elbon Williams Racing 3
17 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 2
18 24 Quanyu Çjou Alfa Romeo F1 Team ORLEN 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Red Bull 195
2 Scuderia Ferrari Ferrari 169
3 Mercedes-AMG Petronas F1 Team Mercedes 120
4 McLaren F1 Team Mercedes 50
5 Alfa Romeo F1 Team ORLEN Ferrari 39
6 Alpine F1 Team Renault 34
7 Scuderia AlphaTauri Red Bull 17
8 Haas F1 Team Ferrari 15
9 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 6
10  Williams Racing Mercedes 3

 

 

 

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*