M.Həkkinen: “Lekler Sauber-in səviyyəsini qaldırdı”

Sabiq Formula1 sürücüsü Mika Həkkinen bildirib ki, Şarl Lekler komandası Sauber-i fərqli səviyyəyə qaldırıb.

F-1.az xatırladır ki, monakolu sürücü son 5 yarışın 4-də xal qazanıb.

Mika Həkkinen: “Leklerin sürətli sürücü olduğu hələ aşağı seriyalardakı performansından məlum idi. İki il ərzində həm GP3-də, həm də Formula2-də çempion oldu. Rəqabətə davamlı olmayan Sauber-lə etdikləri isə təəccüblüdür. Alfa Romeo Sauber komandası yenidən qurulsa da, onların sonuncu dəfə nə vaxr 5 yarışın 4-də xal aldığını xatırlamıram. Böyük komandalar həmişə onun kimi stabil və rəqabətədavamlı sürücülər istəyirlər. Buna görə də ona göstərilən maraq labüddür. Belə getsə, gələcəkdə Ferrari-yə keçə bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*