Rəsmən: Ferstappen və Bottas cərimələnib

Red Bull komandasının sürücüsü Maks Ferstappen yarışın startında 5, Valtteri Bottas isə 3 yer itirəcək.

F-1.az xatırladır ki, Qətərdəki sıralanma turunun son sessiyasında Qaslinin təkəri partlaıb və ön qanadı qırılıb. Beləliklə, trasa qırıntılar saçılıb. Bu anda marşallar sarı bayraqlar yelləsə də, Bottas və Sayns tək, Ferstappen isə qoşa sarı bayraqlara məhəl qoymayıb.

İnsidentləri dəyərləndirən stüardlar Bottasa startda 3 yer, Ferstappenə isə 5 yer itirmək cəzası veriblər. Sayns isə cərimələnməyib. Bunun səbəbi isə ispaniyalı sürücünün Qaslini gördükdən sonra sürətini azaltması olub.

Beləliklə, Qasli yarışa ikinci, Alonso üçüncü, Norris dördüncü, Sayns isə beşinci yerdən başlayacaq. Cəzalardan sonra Bottas altıncı, Ferstappen yeddinci yerə yuvarlanıb”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*