Lyuis Həmilton: “İlk növbədə demək istəyirəm ki, komanda, bokslardakı uşaqlar pit-stopları əla yerinə yetirdilər, strategiya çox yaxşı idi, maşın da əla idarə olunurdu.
Yeniliklər sayəsində fərqi davamlı olaraq azaldırıq, baxmayaraq ki, hələ də geridəyik. Mövsümün ilk yarısında trasa görə düzlükdə yarım saniyə uduzurduq və Formula1-də belə fərqi geri qaytarmaq çətindir. Məqsədə yaxınıq, amma bugünkü gün nəticə açıq-aşkar məyus etdi.
Mən Formula1-də qələbə qazanmaq üçün çıxış edirəm və hesab edirəm ki, bu komanda qalib gələ bilər. Bu gün qələbə qazanmaq alınmasa da, titul uğrunda mübarizədə hər yarışda xal toplamaq vacibdir.
Son bir neçə mərhələ cərimələr və digər problemlər səbəbindən asan keçmədi, bu gün isə Şarlın arxasında ilişib qaldığıma görə bir neçə saniyə itirdim. Düşünürəm ki, sonda həlledici məqam da məhz bu oldu. Hər halda, bütün bunları komanda daxilində müzakirə edəcəyik.
Məqsədim komandanın lideri olmaq və onu titula aparmaqdır, amma hələ görüləsi çox işin olduğuna şübhə yoxdur”.





