F.Massa: Ferstappenin şansları çoxdur

Sabiq Formula1 sürücüsü Felipe Massa bildirib ki, Maks Ferstappenin çempionluq uğrunda şansları daha yüksəkdir.

F-1.az xatırladır ki, niderlandlı sürücü bu il yeddiqat Dünya Çempionu Lyuis Həmiltonla çempionluq uğrunda mübarizə aparır və hazırda 12 xal fərqlə liderdir.

Felipe Massa: “Çempionluq uğrunda mübarizə maraqlıdır. Hamımız bunu görmək istəyirik. Qələbə uğrunda iki fərli komandadan iki sürücü mübarizə aparır və azarkeşlər bunu istəyirlər. Ümid edirəm ki, bu mübarizə son yarışa qədər davam edər.

Bu mübarizədə Maksı dəstəkləyirəm, çünki çempionatda yeni qaliblərin olması yaxşıdır. Eyni sürücünün davamlı qazanmasını xoşlamıram. Həmilton da çempionluğa layiqdir. Nəticədə o, bütün rekordları qırmış inanılmaz pilotdur, amma mənim favoritim Ferstappendir.

Maks çempion ola bilər. Bu, onun son yarışlarda göstərəcəyi performansdan asılıdır. Əla şansı var. Üstəlik təzyiq altında yaxşı çıxış edir. Bu, Formula1-in vacib hissəsidir. Həmişə üzərinizdə təzyiq olur. O, təzyiqə yaxşı dözür”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*