L.Həmilton: Xüsusi qələbəm yoxdur…

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, 2018-ci ilin Braziliya yarışı onunçün xüsusidir.

F-1.az xatırladır ki, britaniyalı sürücü karyerası ərzimdə 84 qələbə qazanıb.

Lyuis Həmilton: “Mercedes-dəki qələbələrimi ayıra bilmirəm. Hərəsinin öz yeri var. Məsələn, 2018-ci ildə Braziliyada qələbə qazanmaqla, komandamın Konstruktorlar Çempionu olmasına kömək etmişdim.

Deyəsən ilk poulumu 2007-ci ildə Kanadada qazanmışdım. Çox vacib poul idi. 2018-ci ildə Sinqapurdakı poulum da qeyri-adi idi. Monakoda da yaxşı dövrələr vurmuşam. Hamısı fərqlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*