S.Volff: “Fettel təslim olmayacaq”

Sabiq Formula1 sürücüsü Syuzi Volff bildirib ki, Sebastyan Fettelin hələ də çempionluq şansı var.

F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümün ilk yarısını lider bağlasa da, mövsümün ikinci yarısında cəmi 45 xal toplaya bilib və mövsümün bitməsinə 4 yarış qalmış Lyuis Həmiltondan 59 xal geridə qalır.

Syuzi Volff: “Lyuis bu il rahat görünür və Ferrari ilə mübarizədən həzz alır. Son illərdə ancaq komanda yoldaşı ilə mübarizə apardığı üçün bu mövsüm daha əhval-ruhiyyəli görünür. Çox yaxşı bolidi var və bunun üstünlüyündən bir neçə yarış əlverişli formada istifadə etdi. Fettelin isə bəxti gətirmədi və son yarışlarda çoxlu xallar itirdi. Amma son 4 yarışda qazana biləcək bolidləri var və hələ mübarizə başa çatmayıb”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*