Mercedes titulu əldən verəcək?

Formula1-in əfsanəvi sürücülərindən Niki Lauda bildirib ki, Mercedes-i çətin bir mövsüm gözləyir.

F-1.az xatırladır ki, Ferrari-dən Kimi Rəykkönen mövsümöncəsi testlərdə 79 saniyənin altına düşməklə hamını, o cümlədən Laudanı da təəccübləndirmişdi.

Niki Lauda: “Hamı keçmişdəki test nəticələrinə baxıb, Mercedes-in rahatlıqla çempion olacağını yazır. Məncə, bu insanlar bir az safdırlar. Düşünürəm ki, bizi çətin mövsüm gözləyir. Əgər əlimizdən gələnin ən yaxşısını etməsək, çempionluq bizim üçün xəyal olacaq.

Hazırda heç kəs deyə bilməz ki, biz ən sürətliyik. Sıralanma çox sıx olacaq. Görək necə olur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*