Ş.Lekler: Günah məndədir

Ferrari komandasının sürücüsü Şarl Lekler bütün məsuliyyəti öz üzərinə götürüb.

F-1.az xatırladır ki, Ştiriya yarışının startında iki Ferrari sürücüsü bir-birinə təmas edərək, mübarizəni dayandırıblar. Monakolu komanda yoldaşı Fettelə hücum edərkən onun arxa qanadını sındırıb.

Şarl Lekler: “Sözün açığı, belə hallarda bəhanə tapmaq olmur. Məyusam. Bu gün pis iş gördüm və komandamı məyus etdim. Ümid edirəm ki, bu hadisədən dərs çıxararam və sonrakı yarışda güclü olarıq. Komandamın bütün əziyyətini zibilə döndərdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*