Braziliya-2017: Yarış

Artıq Mühəndislər Kubokunun və sürücülər çempionatının qalibləri bəllidir - Mercedes komandası və Lyuis Həmilton Braziliyaya dünya çempionu statusunda gəliblər. Lakin Sebastyan Fettel və Valtteri Bottas arasındakı ikinci yer uğrunda mübarizə başa çatmayıb. Alman sürücü İnterlaqosdakı yarışa Valtteridən 15 xal öndə çıxıb və vitse-çempionluğu vaxtından əvvəl elan etmək şansı olub.

İnterlaqosda hava proqnozları özünü doğrultmayıb – cümə və şənbə günlərinə yağış yağacağı bildirilsə də, sessiyalar quru asfaltda baş tutub. Hər üç sərbəst yürüşlərdə Mercedes sürücüləri üstün olublar.

F-1.az xatırladır ki, beş sürücü startda yer itirib – güc qurğusundakı dəyişikliklərə görə Qasli 25, Hartli və Rikkardo 10, ötürmələr qutusu dəyişdirildiyi üçün Eriksson və Stroll 5 yer itirməklə cəzalandırılıblar. Sıralanma turunun əvvəlində qəza edən Həmiltonun insidenti ilə bağlı heç bir səbəb göstərilməyib və britaniyalı sürücü qəzanın öz günahı üzündən olduğunu bildirib. Lyuis stüardlar tərəfindən starta buraxılıb.

Pirelli bura orta üçlüyü – Medium, Soft və SuperSoft tərkibləri gətirib. Medium təkərlərdən həftəsonu ərzində demək olar ki, istifadə olunmayıb.

Yarışa karyerasında üçüncü poulu qazanan Bottas ilk yerdən başlayıb. Onunla yanaşı ilk cərgədən əsas rəqibi Fettel start alıb. İkinci cərgədən yarışa başlayan sürücülər Rəykkönen və Ferstappen olublar. Alonso və Okon isə bir cərgə arxadan onları izləyiblər. Rikkardo, Eriksson, Qasli və yarışa pit-leyndən start alan Həmilton Soft, qalan sürücülər isə SuperSoft təkərlərlə başlayıblar.

Startda Fettel Bottası ötüb və liderliyə yüksəlib. Orta qrupda qəzalar olub – Maqnussen Vandornla mübarizədə onun maşınını zədələyib, həmin qəzadan Rikkardo da “nəsibini alıb”. Təhlükəsizlik Maşını (TM) trasa çıxıb və ilk sektordakı qırıntıların yığışdırılması üçün sürücülərə pit-leyndən keçmək göstərişi verilib. TM rejimində Okon və Qrojanın maşınları toqquşub, yarışın gedişində stüardlar Qrojana 10 saniyəlik cəza veriblər. Maqnussen, Vandorn və Okon mübarizəni dayandırıblar – Okon ardıcıl 26 yarışdan sonra ilk dəfə finiş görə bilməyib. TM arxasında ilk onluq: Fettel – Bottas – Rəykkönen – Ferstappen – Alonso – Massa – Peres – Hülkenberq – Sayns – Qasli.

6-cı dövrədə yarışa restart verilib. Fettel liderliyini qoruyub, Massa Alonsonu keçib. Həmilton da Hartli və Strollun arxasında çox vaxt itirməyib. İki dövrə sonra Erikssonu, 9-cu dövrə də də Qaslini üstələyən dördqat çempion artıq onuncu yerə çatıb. Rikkardo da Verlyayn və Hartlidən canını tez qurtarıb.

Həmilton Saynsı da ötüb, Fettel isə Bottasla fərqi 2 saniyəyə çatdıraraq mövqeyini möhkəmləndirib. Daha sonra Rikkardo Qaslini, Həmilton isə Peresi keçib. 15-ci dövrədə ilk onluq: Fettel – Bottas – Rəykkönen – Ferstappen – Massa – Alonso – Həmilton – Peres – Hülkenberq – Rikkardo.

Həmilton fasilə verməyib və Alonso ilə Massanı da geridə qoyub. 28-ci dövrədən etibarən pit-stop dalğası başlayıb – ilk olaraq Bottas və Massa təkərlərini dəyişiblər, onları Fettel, Ferstappen, Hartli və Alonso izləyib. Fettel trasa Bottasın düz qarşısında qayıdıb. 30-cu dövrədə Rəykkönen, 31-ci dövrədə Hülkenberq, 32-ci dövrədə isə Sayns pit yoluna üz tutublar.

Hələ pit-stop etməyən Rikkardo komandanın xahişi ilə yeni təkərlərlə sürətli olan Ferstappenə yol verib. Peres də təkərlərini dəyişib, 40-cı dövrədə Hülkenberq Qaslini keçərək 10-cu yerə yüksəlib. Hartli 42-ci dövrədə mübarizəni dayandırıb. 44-cü dövrədə yarışa Soft təkərlərlə başlayan Həmilton və Rikkardo SuperSoft təkərlərə keçiblər. Avstraliyalı sürücü yeddincilik uğrunda mübarizədə Alonsonu üstələyib. 45-ci dövrədə ilk onluq: Fettel – Bottas – Rəykkönen – Ferstappen – Həmilton – Massa – Rikkardo – Alonso – Peres – Hülkenberq.

Rikkardo Massanı da ötərək altıncı yerə yüksəlib. Qırmızı təkərlərlə sürətli olan Həmilton Ferstappenlə fərqi sürətlə bağlayıb, lakin dövrəvi sürücü olan Strollun arxasında xelyi vaxt itirib. Lyuis nəhayət, 59-cu dəqiqədə Maksı da geridə qoyub və Rəykköneni izləməyə başlayıb. 61-ci dövrədə ilk onluq: Fettel – Bottas – Rəykkönen – Həmilton – Ferstappen – Rikkardo – Massa – Alonso – Peres – Hülkenberq.

63-cü dövrədə Ferstappen təkərlərdəki problemlərə görə yenidən pit-stop etməli olub və yer itirmədən trasa qayıdıb. Bir qədər sonra isə sürətli dövrəni vuraraq trasın yeni rekordunu müəyyən edib – 1:11.044.

Həmilton son döngələrə qədər Rəykköneni keçməyə cəhd etsə də, buna nail ola bilməyib. Fettel mövsümdə beşinci, karyerasında 47-ci qələbəsini qazanıb. Bottasla xal fərqini 22-ə çatdırıb və çempionatda ikinci yeri demək olar ki, təmin edib. Bottas finiş xəttini ikinci keçib.

Podiuma mükafatlandırma mərasimindən sonra burada son yarışını keçirən və Əbu Dabidə karyerasını bitirəcəyini açıqlayan Massa çıxıb və Rubens Barrikellonun suallarına cavab verib.

Mövsüm iki həftə sonra Əbu Dabidə başa çatacaq…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 5 Sebastyan Fettel Ferrari 1:31:26.262 4
2 77 Valtteri Bottas Mercedes AMG + 0:02.762 4
3 7 Kimi Rəykkönen Ferrari + 0:04.600 4
4 44 Lyuis Həmilton Mercedes AMG + 0:05.468 4
5 33 Maks Ferstappen Red Bull + 0:32.940 5
6 3 Daniel Rikkardo Red Bull + 0:48.691 4
7 19 Felipe Massa Williams + 1:08.882 4
8 14 Fernando Alonso McLaren + 1:09.363 4
9 11 Serxio Peres Force İndia + 1:09.500 4
10 27 Niko Hülkenberq Renault + 1 dövrə 4
11 55 Karlos Sayns Renault + 1 dövrə 4
12 10 Pyer Qasli Toro Rosso + 1 dövrə 4
13 9 Markus Eriksson Sauber + 1 dövrə 4
14 94 Paskal Verlyayn Sauber + 1 dövrə 3
15 8 Roman Qrojan Haas + 2 dövrə 4
16 18 Ləns Stroll Williams + 2 dövrə 5

 

Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:11.044 (63-cü dövrə, 218.349 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Brendon Hartli Toro Rosso 41 güc qurğusu
Stoffel Vandorn McLaren 1 qəza
Kevin Maqnussen Haas 1 qəza
Esteban Okon Force İndia 1 qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas F1 Team 345
2 5 Sebastyan Fettel Scuderia Ferrari 302
3 77 Valtteri Bottas Mercedes AMG Petronas F1 Team 280
4 3 Daniel Rikkardo Red Bull Racing 200
5 7 Kimi Rəykkönen Scuderia Ferrari 193
6 33 Maks Ferstappen Red Bull Racing 158
7 11 Serxio Peres Sahara Force İndia F1 Team 94
8 31 Esteban Okon Sahara Force İndia F1 Team 83
9 11 Karlos Sayns Renault Sport Formula 1 Team 54
10 19 Felipe Massa Williams Martini Racing 42
11 18 Ləns Stroll Williams Martini Racing 40
12 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 35
13 8 Roman Qrojan Haas F1 Team 28
14 20 Kevin Maqnussen Haas F1 Team 19
15 14 Fernando Alonso McLaren Honda Formula 1 Team 15
16 2 Stoffel Vandorn McLaren Honda Formula 1 Team 13
17 30 Colion Palmer Renault Sport Formula 1 Team 8
18 94 Paskal Verlyayn Sauber F1 Team 5
19 26 Daniil Kvyat Scuderia Toro Rosso 5

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 625
2 Scuderia Ferrari Ferrari 495
3 Red Bull Racing TAG Heuer 358
4 Sahara Force İndia F1 Team Mercedes 177
5 Williams Martini Racing Mercedes 82
6 Scuderia Toro Rosso Renault 53
7 Renault Sport Formula 1 Team Renault 49
8 Haas F1 Team Ferrari 47
9 McLaren Honda Formula 1 Team Honda 28
10 Sauber F1 Team Ferrari 5
, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*