17 Dekabr 2018, Bazar ertəsi - 06:47

V.Bottas: “Rəqiblərimizdən güclü deyilik”

V.Bottas: “Rəqiblərimizdən güclü deyilik”

Müəllif: Rauf Hacıyev, redaktor

08:13 - 01 Aprel, 2018

Mercedes komandasıın sürücüsü Valtteri Bottas bildirib ki, rəqiblərindən çox sürətli deyillər.

F-1.az xatırladır ki, Həmilton Avstraliyada poul qazandıqdan sonra yarışda da rahatlıqla liderlik etmişdi. Amma Fettel virtual təhlükəsizlik maşını rejimindən istifadə edərək, britaniyalı sürücünü geridə qoymuş və yarışı qazanmışdı.

Valtteri Bottas: “Ön qrupdakı komandalar bir-birilərinə çox yaxındırlar. Ferrari keçən il olduğu kimi yenə Avstraliyada qalib gəldi. Mən mövsüm ərzində rəqabət gözləyirəm. İnsanların düşündüyü kimi rəqiblərimizdən çox sürətli deyilik. Lyuis sıralanma turunda var qüvvəsini qoyub mükəmməl dövrə vurdu. Bəlkə də, bu fərq rəqiblərin səhvlərinə görə oldu. Ferrari və Red Bull da əlindən gələni edəcək və xırda səhv bizə baha başa gələcək. Buna görə də səhv etməməliyik. Bu il bütün komandalar daha çox asfaltayatma qüvvəsi ilə yarışırlar və onları izləmək çətinləşir. Arxa cərgələrdən yüksəlmək əvvəlki illərə nisbətən çox çətindir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 186
Teqlər , , ,
Paylaş

logo