C.Klia: Çox narahat idik

Ferrari komandasından Cok Klia bildirib ki, Avstriyada Leklerin son dövrələrdə yaşadığı problem onları narahat edib.

F-1.az xatırladır ki, monakolu sürücü Avstruya yarışının son dövrələrində qaz pedalında problem yaşamış və az qala qələbəni əldən vermişdi.

Cok Klia: “Son dörd yarışdakı problemlərdən sonra bu dəfə nə olacaq deyə düşünürdük, amma o, finişə birinci çatdı. Hər şey qaz pedalında yaşadığı kiçik problemlə başladı. Ancaq ümid edirdik ki, hər şey düzələcək. Ya qələbə qazanacaqdı ya da hər şey məhc olacaqdı. Lakin hər şey istədiyimiz kimi oldu.

Bolid güclüdür və tək müsbət tərəf budur. Şarl son dövrələrdə diqqətli olmağa çalışdı. İstədiyi kimi əyləcə basa bilmirdi, çünki tez əylənirdi. Arxada Ferstappen olduğu üçün tempi də aşağı sala bilmirdi. Yenə də əla işlədi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*