K.Sayns: Hər şey nəzarətimdə idi

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, özünü çox xoşbəxt hiss edir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü pouldan başladığı yarışı qazanıb. O, hər şeyi nəzarətdə saxlayıb və tək pit-stopla yarışı tamamlayıb. Yarışın sonlarında Mercedes komandasının sürücüləri Medium təkərə keçdikdən sonra  sürətli olublar və yenidən liderlər qrupuna çatıblar. Həm Rassell, həm də Həmilton bir dövrədə Lekleri keçərək, Saynsla Norrisə yaxınıaşıblar. Lakin Sayns rəqibi Norrisə DRS verərək, Mercedes sürücülərinin ötməsinə icazə verməyib. Yarışın son 5-6 dövrəsi belə keçib və yekunda Sayns yarışı qazanıb. Norris isə ikinci yeri tutub.

Karlos Sayns: “İnanılmaz hissdir və inanılmaz həftəsonudur. Ferrari-dəki bütün işçilərə burada göstərdikləri performasa görə təşəkkür edirəm. Göəl həftəsonu və gözəl yarış keçirdik. Hər şeyi etdik və bunu mükəmməl formada etdik. Ecə qələbə ilə qayıdırıq. Bütün İtaliya və Ferrari bizimlə fəxr edəcək

Əsas hədəfimiz təkərlərə nəzarət etmək və hədəflədiyimiz dövrə sayına çatmaq idi. Təhlükəzilik maşınına görə pitə vaxtından əvvəl gəldik. Əmin idim ki, Hard təkərlərlə yarışın sonuna qədər gedəcəm. Sonda Mercedes bizə yaxın idi və Landoya kömək olmaq üçün DRS verdim və bu da işə yaradı.

Düzünü desəm, nəzarətin məndə olduğunu hiss edirdim. Həmişə bir boşluğun olduğunu və hər şeyi edə biləcəyim performansım olduğunu hiss edirdim. Sizə yalan deməyəcəm. Təzyiq altında olanda həmişə səhvə meyilli olursunuz. Ancaq hər şey qaydasında idi. Hər şeyə yaxşı nəzarət etdim və bolidi finişə çatdırdım. Bu, ən yaxşı hissdir. Özümü buludların üzərində hiss edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*