İtaliya Qran Prisinə bir neçə gün qalmış Skuderiyanın texniki qərargahında dəyişiklik baş verib. ERS şöbəsinin rəhbəri Tyerri Barito komandanı tərk edib, onun vəzifələrini müvəqqəti olaraq baş mühərrikçi Enriko Qvaltyeri icra edəcək.
Fransalı mühəndis Tyerri Barito 2000-ci ilin oktyabrından Ferrari-də çalışırdı və bu müddətdə həm Formula1, həm də şirkətin yol avtomobilləri ilə bağlı müxtəlif vəzifələrdə olub. O, 2017-ci ildə hibrid güc qurğularının hazırlanmasında əsas mövqelərdən birini tutaraq, rekuperasiya sistemləri və turbokompressora cavabdeh şəxs təyin edilmişdi.





