Avstriya-2021: İkinci sərbəst yürüşlər

Keçən həftə olduğu kimi, bu dəfə də ilk iki məşq arasındakı fasilədə bir qədər yağış yağıb. Lakin tras tezliklə quruyub, səhərki külək də azalıb. Nəticədə, bu dəfə daha az səhvlər olub.

F-1.az xatırladır ki, keçən həftə buraya C2, C3 və C4 tərkibləri gətirilmişdisə, bu dəfə Pirelli ən yumşaq üçlüyü – C3, C4 və C5 təkərlərini sürücülərin ixtiyarına verib. Buna görə də, hamı daha çox ən yumşaq iki tərkibin səmərəliliyinin qiymətləndirilməsi üzərində çalışıb.

Səhər olduğu kimi, yenə hər bir sürücüyə Silverstoundan etibarən istifadəsi planlaşdırılan daha güclü yeni arxa təkərlərdən 2 dəst verilib və onlar bu təkərlərlə daha çox işləyiblər. Sonlara yaxın 4-cü döngə olan ərazidə bir qədər yağış yağıb, Həmilton çınqıllığa çıxıb və boksa üz tutub. Daha sonra isə trasa qaydıb. Norris də ilk döngədə səhvə yol verib.

Son iki döngədə trasdan tam çıxma hallarına görə 19 nəticə ləğv edilib. Protokollara isə bu dəfə Lyuis Həmilton başçılıq edib – 1:04.523. Məşqlər sabah davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:04.523 31
2 77 Valtteri Bottas Mercedes AMG 1:04.712 + 0:00.189 34
3 33 Maks Ferstappen Red Bull 1:04.740 + 0:00.217 35
4 18 Ləns Stroll Aston Martin 1:05.139 + 0:00.616 33
5 5 Sebastyan Fettel Aston Martin 1:05.268 + 0:00.745 37
6 22 Yuki Tsunoda AlphaTauri 1:05.356 + 0:00.833 37
7 10 Pyer Qasli AlphaTauri 1:05.379 + 0:00.856 38
8 14 Fernando Alonso Alpine 1:05.393 + 0:00.870 34
9 4 Lando Norris McLaren 1:05.466 + 0:00.943 34
10 99 Antonio Covinatsi Alfa Romeo 1:05.511 + 0:00.988 32
11 11 Serxio Peres Red Bull 1:05.516 + 0:00.993 39
12 31 Esteban Okon Alpine 1:05.527 + 0:01.004 36
13 55 Karlos Sayns Ferrari 1:05.620 + 0:01.097 37
14 7 Kimi Rəykkönen Alfa Romeo 1:05.624 + 0:01.101 33
15 3 Daniel Rikkardo McLaren 1:05.698 + 0:01.175 32
16 16 Şarl Lekler Ferrari 1:05.708 + 0:01.185 33
17 63 Corc Rassell Williams 1:05.819 + 0:01.296 36
18 47 Mik Şumaxer Haas 1:05.911 + 0:01.388 35
19 6 Nikolas Latifi Williams 1:06.014 + 0:01.491 38
20 9 Nikita Mazepin Haas 1:06.173 + 0:01.650 35
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*