L.Həmilton: Özümü təkmilləşdirdim

Mercedes komandasının sürücüsü Lyuis Həmilton ilk dəfə yarışdığı Mucelloda poul qazandıqdan sonra bildirib ki, zəif yönlərinin üzərində işləyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü sərbəst yürüşlərdə komanda yoldaşı Bottasdan geri qalsa da, sıralanma turunda dah sürətli olub və builki 7-ci poulunu əldə edib.

Lyuis Həmilton: “Bura əsl trasdır. Düzünü desəm, Valtteri məndən sürətli idi, ancaq mən də zəif yönlərimi arxa planda yaxşılaşdırdım. Mühəndislərim və mexaniklərim əla iş gördülər. Sonda isə ehtiyacım olan dövrəni vura bildim. Sonlarda külək güclənsə də, lazımi işi görmüşdük.

Burada sürmək dəlilikdir. İnsanlar bilmirəm gördü ya yox, amma 6, 7, 8 və 9-cu döngələri 280-290 km/saatla döndük. Həmin hissədə bərk yüklənməyə məruz qaldıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*