T.Volff: F1-dən getmək barədə düşünmürük

F-1.az xəbər verir ki, Mercedes-in rəhbəri komanda qalib gəldiyi müddətdə Formula1-də yarışmağa davam edəcəklərini bildirib.

Toto Volff: “Komanda uğur qazandığı, yarışlarda qalib gəldiyi və titul uğrunda mübarizə apardığı müddət ərzində burdayıq, lakin hər il bunları qazanmaq mümkün olmasa da, biz getmək imkanını düşünmürük. Heç müzakirə belə olunmur.

Bundan əlavə, Formula1-in inkişaf etdiyi istiqamət Mercedes üçün vacibdir. 2026-cı ildən 100% bioyanacaqdan istifadə olunacaq ki, bu da bizə ekoloji cəhətdən təmiz texnologiyalar hazırlamağa imkan verəcək. Müasir F1 təşkilatçıların və komandaların uğurlu biznes modeli sayəsində çox stabildir. Yarış promouterləri ilə müqavilələr ən azı üç il müddətinə, bəziləri ilə isə beş, hətta on il müddətinə bağlanır. Eyni şey sponsorlarla müqavilələrə də aiddir.

Komandanın gəlirləri uzun illər başa düşülən və proqnozlaşdırıla biləndir və xərclər büdcə məhdudiyyətləri ilə nəzarətdədir. Komandaların biznes modelləri o qədər dəyişib ki, indi biz mahiyyətcə Amerika idman növlərindəki komandalar kimi olduq. Formula1 komandaları üçün bu biznes gəlirli oldu, bu çox vacibdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*