L.Həmilton: Bərbad həftəsonu idi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, indiyə kimi keçirdiyi ən bərbad həftəsonlarından biri olub.

F-1.az xatırladır ki, Monako yarışının üçqat qalibi sıralanma turunda zəif təsir bağışlayıb və yeddinci yeri tutub.

Lyuis Həmilton: “Cümə axşamı asfaltla ilişmə yaxşı idi, amma bəzi yişikliklər etdik. Bu gün bərbad idi. Asfaltla ilişmə pis idi və bolidə çox yüklənməli oldum. Buna baxmayaraq nəticəmi yaxşılaşdıra bilmədim. Çətin sessiya idi. Valtteri yaxşı nəticə qazansa da, problemlərimiz var idi.

Burada ötmə etmək çətindir. Hamı demək olar ki, eyni tempdə gedir. Buna görə də qələbə mümkünsüz kimi görünür. Ümid edirəm ki, bir neçə yer qazanaram. İndiyə kimi hər şey bərbad idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*