K.Horner: “Rikkardo gələcəyə baxmalıdır”

Red Bull komandası Monakoda Rikkardonun qazanacağı yarışı əldən verməsinə səbəb olan pit-stop səhvinin təkrarlanmaması üçün bəzi dəyişikliklər edib.

F-1.az xatırladır ki, Rikkardo yarışa birinci yerdən başlamışdı, amma avstraliyalı sürücü 1-ci pit-stopda keçid təkərləri aldıqdan sonra, 2-ci yerə düşmüşdü. Düzdür, ikinci pit-stopundan sonra Rikkardo yenidən Həmiltonun önündə keçə bilərdi, amma avstraliyalı sürücü pit-stopda təkərlər hazır olmadığı üçün 10 saniyə vaxt itirmiş və yarışa elə ikinci yerdə qayıtmışdı.

Kristian Horner: “Monakoda qələbəyə çox yaxın olub, pit-stopdakı kommunikasiya probleminə görə yarışı əldən verməyimiz çox pis oldu. Bu hadisələrə görə çoxlu təhlil apardıq. Bunun niyə baş verdiyinə baxdıq və bunun təkrarlanmaması üçün bəzi tədbirlər gördük.

Bütün bu hadisələrə baxanda heç bir səbəb tapa bilmədik. Bir neçə faktorun bir araya gəlməsi: Maksın piti, uğursuz pit və təkər dəyişimi bu hadisənin yaşanmasında öz təsirini göstərdi.

Bu cür şeylərə görə qarajda olduğunu düşündüyümüz təkərlər əlçatmaz yerdə idi və Daniel pitə gələn zaman təkərlər hazır deyildi”.

Horner bildirib ki, bu hadisəyə görə komandadakı heç bir işçini günahkar saymayacaq: “Bəli, əsəbpozucu bir hadisə idi və buna görə heç kimi günahkar saymadıq. Yarışdan sonra dediyim kimi: Komanda olaraq qazanırıq və komanda olaraq məğlub oluruq. Harada səhv etdiyimizi anlamalı, komanda olaraq bu problemi həll etməyə çalışmalı və təkrar yaşanmaması üçün lazımi addımları atmalıyıq.

Bu idmanda həmişə mübarizə aparırsınız və Monakoda da bu baş verdi. İndi isə hər cür ssenari qarşısında hazır olmaq üçün daha yaxşı prosedur hazırlamalıyıq”.

Horner Rikkardonun məyusluğu barədə də danışıb: “Saatı geriyə çəkmək olmur, amma gələcəkdə nəsə edə bilərsiniz. Çempionatda 3-cü yerdədir və keçmişdə yaxşı nəticələr qazandığı Kanada yarışına gedirik. Ümid edirəm ki, Kanadada da ona rəqabətədavamlı bolid verə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*