23 Oktyabr 2019, Çərşənbə - 09:44

M.Ferstappen: “Mercedes motoru ilə çempion ola bilərik”

M.Ferstappen: “Mercedes motoru ilə çempion ola bilərik”

Müəllif: Rauf Hacıyev, redaktor

11:14 - 13 Fevral, 2018

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Mercedes mühərriklərindən istifadə etsələr, çempion ola bilərlər.

F-1.az xatırladır ki, Mercedes komandası 2014-cü ildə başlayan turbo eradan sonra hegemonluğu ələ alıb və ən güclü güc qurğusu hazırlayan istehsalçıdır.

Maks Ferstappen: “Məncə, bolidimizdə Mercedes mühərriyi olsaydı, bizə heç kəs çata bilməzdi. Hazırkı mühərriyimiz Mercedes və Ferrari kimi dözümlü və sürətli deyil. Hələ çox sahədə inkişaf etməliyik. Buna baxmayaraq, şassimiz hesabına rəqiblərimizə yaxın ola bilirik. Yeni mövsümdə işlərin daha yaxşı olmasını gözləyirik. İlk yarışlardan etibarən güclü performans göstərərək, mübarizə aparmağa çalışacağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 265
Teqlər ,
Paylaş

logo