Azərbaycan-2022: Üçüncü sərbəst yürüşlər

Bugünkü sərbəst yürüşlər ilk məşqlər kimi, yarışla eyni saata təsadüf edir və bu da hava şəariti stabil olduğundan sessiyanın əlamətini artırır.

F-1.az bildirir ki, Formula2-də ilk döngədə baş verən insidentdə baryerlər zədələnib və onların bərpa edilməsi üçün sessiya vaxtından 15 dəqiqə gec başlayıb. Sıralanma turu da 15 dəqiqə gec başlayacaq – qaydalara görə, son məşqlərin bitməsi ilə təsnifat mərhələsinin başlanması arasında ən azı 2 saatfasilə olmalıdır.

Səhvlər dünənki ilə müqayisədə az olub. Bottas üçüncü döngədə təhlükəsizlik cibinə girib və dərhal qayıda bilməyib. Lekler də əyləcləri bloklayaraq 15-ci döngədə eyni səhvə yol verib. Trasda yavaş gedən Alonso isə Ferstappenin sürətli dövrəsinə mane olub.

Protokollara Serxio Peres başçılıq edib – 1:43.170.

Bizi saat 18:00-da gərgin sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 11 Serxio Peres Red Bull 1:43.170 17
2 16 Şarl Lekler Ferrari 1:43.240 + 0:00.070 18
3 1 Maks Ferstappen Red Bull 1:43.449 + 0:00.279 14
4 55 Karlos Sayns Ferrari 1:43.596 + 0:00.426 19
5 4 Lando Norris McLaren 1:44.418 + 0:01.248 12
6 3 Daniel Rikkardo McLaren 1:44.476 + 0:01.306 19
7 10 Pyer Qasli AlphaTauri 1:44.491 + 0:01.321 20
8 63 Corc Rassell Mercedes 1:44.573 + 0:01.403 16
9 31 Esteban Okon Alpine 1:44.685 + 0:01.515 14
10 5 Sebastyan Fettel Aston Martin 1:44.689 + 0:01.519 18
11 14 Fernando Alonso Alpine 1:44.842 + 0:01.672 14
12 44 Lyuis Həmilton Mercedes 1:44.845 + 0:01.675 18
13 18 Ləns Stroll Aston Martin 1:44.879 + 0:01.709 17
14 24 Quanyu Çjou Alfa Romeo 1:44.913 + 0:01.743 17
15 20 Kevin Maqnussen Haas 1:44.919 + 0:01.749 16
16 22 Yuki Tsunoda AlphaTauri 1:44.964 + 0:01.794 19
17 23 Aleksander Elbon Williams 1:45.479 + 0:02.309 16
18 47 Mik Şumaxer Haas 1:45.532 + 0:02.362 18
19 77 Valtteri Bottas Alfa Romeo 1:45.574 + 0:02.404 17
20 6 Nikolas Latifi Williams 1:46.070 + 0:02.900 17
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*