N.Hülkenberq: “Son iki yarışda əlimdən heç nə gəlmədi”

Force İndia komandasının sürücüsü Niko Hülkenberq Rusiya və İspaniya yarışlarını vaxtından əvvəl dayandırmasından sonra növbəti Monako yarışını yeni bir başlanğıc kimi görür.

F-1.az xatırladır ki, Hülkenberq sonuncu dəfə Avstraliya yarışında xal qazanıb və artıq 4 yarışdır ki, xal üzünə həsrətdir.

Niko Hülkenberq: “Monako mənim evimdəki yarışlardan biridir və ümid edirəm ki, burada bəxtim gətirər.

Bəzən yarışlarda bəxtiniz gətirmir və belə olan halda əlinizdən heç nə gəlmir. Rusiya və İspaniyada vəziyyət belə oldu. Artıq bunları unutmaq lazımdır.

Monako mənim üçün yeni bir başlanğıc olacaq və o cür mükəmməl trasda sürəcəyimi düşüəndə indidən gülürəm”.

Hülkenberqin komanda yoldaşı Peres isə xal seriyasını davam etdirmək istəyir: “Son yarışlardakı nəticələərimə görə məmnunam. Bolidi inkişaf etdirdik və düzgün yolda addımlayırıq. Növbəti yarışlarda sürətimizi göstərə biləcəyik və ümid edirəm ki, ehtiyacımız olan xalları alacayıq”.

Force İndia komandasının sahibi Vicey Malya isə bildirib ki, onların çempionatda 5-ci olmaq hədəfləri davam edir: “Hədəfimiz hələ də 5-ci yeri tutmaqdır və bu hədəfdən bizi 12 xal ayırır. Mövsümün əvvəlində bəxtimiz gətirmədiyi üçün yaxşı xallar toplaya bilmədik, amma mövsümün bitməsinə hələ çox var. Rəqiblərimizə çatmaq üçün hələ də vaxtımız var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*