21 Sentyabr 2019, Şənbə - 11:02

N.Hülkenberq: “Renault 2019-cu ilə qədər çempion ola bilməyəcək”

N.Hülkenberq: “Renault 2019-cu ilə qədər çempion ola bilməyəcək”

Müəllif: Rauf Hacıyev, redaktor

12:15 - 19 Mart, 2017

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, komandası ilə çempion olmaq üçün bir neçə il gözləməlidir.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2017-ci ildə İtaliya yarışınadək podiuma yüksələ bilməsə, üçlüyə girə bilmədən ən çox yarış keçirən sürücü statusunu Adrian Sutildən alacaq.

Niko Hülkenberq: “Renault keçmişdə nəyə qadir olduğunu göstərib. Mən də bunları düşünmüşəm. Bu mövsüm möcüzə gözləmirik. Məqsədimiz hər yarışdan xal almaqdır. Əsl məqsədimiz 2019-cu ildə çempionluq uğrunda mübarizə aparmaqdır.

Adım Mercedes-lə də hallandı. Amma onda Renault ilə müqavilə bağlamışdım. Burada uğur qazanmaq istəyirəm. İşimiz asan deyil, amma uğur qazanmaq üçün çox çalışacağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 214
Teqlər ,
Paylaş

logo