08 Dekabr 2019, Bazar - 04:11

K.Maqnussen Sinqapurda susuz yarışıb…

K.Maqnussen Sinqapurda susuz yarışıb…

Müəllif: Rauf Hacıyev, redaktor

11:32 - 20 Sentyabr, 2016

Kevin Maqnussen Sinqapur yarışında 10-cu yeri tutaraq 1 xal qazanıb. Amma danimarkalı sürücü bildirib ki, o sükan arxasında su içmədən yarışıbmış…

F-1.az bildirir ki, yarış vaxtı Sinqapurda 30 dərəcə istilik olub və yarış iki saat davam edib. Yarış bitdikdən sonra Maqnussen özünü yorğun hiss edib: “Fiziki cəhətdən çətin idi. Bolidimdə heç su yox idi və buna görə də çətin oldu. Problemin nə olduğunu bilmirəm. Su qabında su var idi yoxsa problem yaranmışdı? Komandanın mənə içki borcu var! Məm bu vəziyyətə öyrəşməli oldum”.

Qeyd edək ki, Maqnussen 2014-cü ilin Sinqapur QP-də yanmışdı və müalicə almışdı…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 345
Teqlər ,
Paylaş

logo