N.Hülkenberq 90 faiz ehtimalla Haas-da yarışacaq

Haas komandası Niko Hülkenberqlə müqavilə bağlamağa yaxındır.

F-1.az xatırladır ki, Haas gələn il üçün Maqnussenlə yola davam etmək qərarı alıb. Mik Şumaxerin performansı Amerika komandasını razı salmayıb. Buna görə də gələn il onu yerlisi Hulkenberq əvəz edəcək.

Mik bu il bəzi yarışlarda yaxşı yarışsa da, etdiyi səhvlərə və qəzalara görə komandasını çox xərcə salıb. Almaniya mətbuatı xəbər verir ki, sabah Hulkenberq Haas ilə müqavilə bağlayacaq. Cümə günü isə mətbuata rəsmi açıqlama veriləcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*