N.Hülkenberq: “R.S.17-də özümü yaxşı hiss edirəm”

Niko Hülkenberq komandasının vəziyyətindən razıdır, amma gələn həftə keçiriləcək testlərdə inkişafı zəruri sayır.

F-1.az xatırladır ki, Pirelli-nin yağış təkərlərini test etmək üçün tras testlərin 4-cü günündə süni formada sulanmışdı. Amma günəşli havaya görə tras tez qurumuş və komandalar yağış təkərləri haqqında çox az məlumat toplaya bilmişdilər.

Niko Hülkenberq: “Testlərin son günü səhər çoxlu dövrələr vurduq, amma tras vaxtından əvvəl qurudu və biz yağış və keçid təkərlərini tam başa düşmədik. Amma bolidlərin və təkərlərin yağışda necə işləyəcəyi ilə bağlı təəssüratımız oldu.

R.S.17-də özümü yaxşı hiss edirəm, amma inkişaf etməliyik. Gələn həftə buna fokuslanacağıq. Yaxşı başladıq və indi daha çox dövrə vuraraq inkişaf etməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*