McLaren-in boksunda yanğın baş verib

Barselona testləri zamanı McLaren komandasının boksunda yanğın baş verib və 3 nəfər yaralanıb.

F-1.az bildirir ki, yanan şəxslər xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıblar. McLaren komandası bu barədə açıqlama verib: “Komandanın xüsusi reklam çəkilişi zamanı kiçik yanğın oldu. Yanğın qısa müddət ərzində komanda işçiləri tərəfindən söndürüldü. Trasın tibbi komandası bizə dərhal dəstək verdi. Üç işçimiz müalicə üçün tibbi mərkəzə aparıldı və qısa müddətdən sonra evə buraxıldı”.

Komanda yanğının səbəbi barədə məlumat verməyib. Xatırladaq ki, 2012-ci ildə İspaniya yarışından sonra Williams boksunda yanğın baş vermişdi. Bu hadisədən sonra FİA pit işçilərinə qoruyucu geyimləri zəruri etmişdi…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*