V.Bottas: Təkərlər dənlənmir

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, İspaniyada təkərlər dənlənmir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü cümə sərbəst yürüşlərində ikinci olub.

Valtteri Bottas: “Yaxşı gün idi. Əvvəl bolidin ön tərəfi sürüşürdü, amma bunu sazlanmalarda düzəldə bilirik. Belə etdik və hər şey qaydasına düşdü. Komanda olaraq güclü görünürük, ancaq görək bazar günü görək təkərləri necə istifadə edəcəyik.

Testlərdən sonra bolidin fərqi barədə nəsə deyə bilmərəm, çünki hava çox istidir. Amma boliddə asfaltayatma qüvvəsi çoxdur.

Bu gün təkərlərimizdə dənlənmə olmadı. Burada təkərlər dənlənmir, yeyilir. Bu da bizim üçün yaxşı haldır. Cümə günü bütün təkərlərlə sürdük və yaxşı məlumatlar topladıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*