N.Rosberq Həmiltonun son yarışlardakı yaxşı çıxışından narahat deyil

Alman sürücü aradakı xal fərqinin minimuma enməsinə baxmayaraq, hər hansı təzyiq hiss etmədiyini bildirib.

F-1.az xatırladır ki, Niko Rosberq ilk 4 yarışda qalib gələrək mövsümə möhtəşəm başlamışdı. Lakin sonra işlər onun istədiyi kimi getməmiş və Həmiltonla arasındakı 43 xala çatan fərq Silverstoundakı son yarışdan sonra 1 xala qədər enib.

Niko Rosberq: “Artıq 10 yarış geridə qalıb və daha çox xala sahibəm. Yəni, stəkanın yarısı doludur. Şanslar bərabərləşib. Xallar barədə danışmaq istəmirəm. Buna diqqət yetirmirəm. Son yarışlarda baş verənlər də artıq arxada qalıb. Lyuis Silverstounda möhtəşəm idi. Rəqiblərimizə diqqət yetirməliyik. Həyəcanlı mübarizələr görəcəyimiz bəzi yarışlar yaxınlaşır. Son yarışlar komandamız üçün yaxşı idi, gələcək yarışlarda da üstün olacağımıza əminəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*