20 Avqust 2019, Çərşənbə axşamı - 03:38

P.Qasli: “Öz səhvim idi”

P.Qasli: “Öz səhvim idi”

Müəllif: Rauf Hacıyev, redaktor

08:31 - 01 Mart, 2019

Red Bull komandasının sürücüsü Pyer Qasli bildirib ki, qəzada günahkar özüdür.

F-1.az xatırladır ki, fransalı sürücü testlərin yeddinci günündə 9-cu döngəyə yaxınlaşarkən sol təkərini otlu sahəyə ilişdirib və yerində fırlanaraq divara çırpılıb. Beləliklə, Qasli testlərdə ikinci dəfə qəza edərək, komandasının qızıl kimi bir gün itirməsinə səbəb olub.

Pyer Qasli: “Yaxşıyam. Sadəcə bir az sarsıldım. Doqquzuncu döngədə səhv etdim və nələr baş verdiyini gördünüz. Çox böyük qəza idi. Yaşadığım ən ağır qəzalardan biridir. Mexaniklər üçün də uzun və yorucu gecə olacaq. Məyusam.

Boliddən əminəm. Bu gün sadəcə qəza etdim. Bəxtim gətirmədi. Bir az tras xaricini çıxdım. Haradasa 10-15 sm. Çox böyük zərbə idi. Amma dördgünlük işimizə fokuslanacağıq. Çox şeyi təhlil etməliyik. Güclü bolidimiz var və Melburna hazır olmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 170
Teqlər , ,
Paylaş

logo