Mayami-2022: Yarış

Mayami Qran Prisi amerikalılar üçün vacib hadisədir, buradakı azarkeşlərin marağı, rəngarəng görüntülər daha çox danışılacaq, nəinki dar küçələrdə baş tutan klassik şəhər yarışı.

F-1.az xatırladır ki, cümə günü məşqlərdə əvvəlcə Şarl Lekler, sonra isə Corc Rassell protokollara başçılıq ediblər, dünən Serxio Peres hamıdan fərqlənib. Sıralanma turu isə Ferrari üçün əlamətdar olub – Lekler poul qazanıb və komanda ilk cərgəni zəbt edib.

Yarışa ikinci cərgədən Red Bull sürücüləri, üçüncü cərgədən isə köhnə komanda yoldaşları Valtteri Bottas və Lyuis Həmilton başlayıblar. Sıralanma turunda çıxış edə bilməyən Esteban Okon da xüsusi qərarla yarışa buraxılıb.

Pirelli Mayamiyə orta üçlüyü – C2, C3 və C4 tərkibləri gətirib. Stroll, Rassell, Fettel, Latifi və Okon sərt, yerdə qalan sürücülər isə orta təkərləri seçiblər.

Start insidentsiz alınıb , Lekler yerini qoruyub, Ferstappen isə Saynsı geridə qoyub. Qasli və Alonso ləngiyən Həmiltonu üstələyiblər. 2-ci dövrədə ilk onluq: Lekler – Ferstappen – Sayns – Peres – Bottas – Qasli – Alonso – Həmilton – Norris – Tsunoda.

Şumaxer Rikkardonu qabaqlayıb, Həmilton Alonsodan mövqeyini geri alıb. Rikkardo Maqnussenə də keçilib. Həmilton 6-cı dövrədə Qaslini də ötərək startdakı yerini bərpa edib. Bir dövrə sonra Çjou komandanın istəyi ilə boksa gəlib və yarışı yarımçıq saxlayıb. Ferstappen 9-cu dövrədə Leklerə hücum edərək onu keçib və liderliyə yüksəlib.

Rikkardo Tsunodanı ötüb, Lekler səhvə yol versə də, yerini qoruyub. Alonso 16-cı dövrədə pit-stop edib və komanda onu bir qədər ləngidib. Bir dövrə sonra Qasli və Elbon, 3 dövrə sonra isə Norris yeni təkərlərə keçib. Peres motorun güc itirməsindən şikayətlənib, lakin bir qədər sonra problem həll olunub. 23-cü dövrədə Həmilton, 25-ci dövrədə Lekler, 27-ci dövrədə Ferstappen və Bottas, 28-ci dövrədə isə Sayns və Peres təkərlərini dəyişib.

Maqnussen, Şumaxer, Fettel və Norris arasında sıx mübarizə olub. Maqnussen 32-ci dövrədə iki alman sürücünü keçsə də, 3 dövrə sonra səhvə yol verib və komanda yoldaşını irəli buraxıb. Daha sonra isə Fettel təkərlərini bloklayaraq Norrisin gerisində qalıb. Alonso 40-cı dövrədə Qaslini keçib, ötmə zamanı baş verən təmasa görə ispan sürücü sonradan 5 saniyə cəza alıb.

Şumaxer Qaslini ötüb. Pyer trasdan bir qədər çıxıb, geri qayıdarkən Norrislə toqquşub, McLaren sürücüsünün maşını bir neçə dəfə yerində fırlanıb və dayanıb. Təhlükəsizlik maşını trasa çıxıb, Rassell, Stroll, Peres, Okon, Fettel və Rikkardo dərhal pit-stop ediblər.TM arxasında ilk onluq: Ferstappen – Lekler – Sayns – Peres – Bottas – Həmilton -Rassell – Alonso, Şumaxer, Maqnussen.

Kevin 43-cü dəqiqətə təkərlərini dəyişib. Restart 46-cı dövrədə verilib. Maks liderliyini davam etdirib, Qasli isə maşını boksa gətirib və mübarizəni dayandırıb. Bottas 50-ci dövrədə səhvə yol verib və hər iki Mercedes sürücüsünə keçilib. Daha sonra isə təzə təkərlərlə yarışan Rassell komanda yoldaşını geridə qoyub.

Yeni Medium təkərlərlə mübarizəni davam etdirən Peres 52-ci dövrədə Saynsa hücum edib, maşınlar təmas edib, lakin Karlos onu irəli buraxmayıb. Şumaxerlə Fettelin qəzasından sonra dördqat dünya çempionu yarışı dayandırıb, Mik isə pit-stop etməli olub. TM-dan sonra Lekler daha sürətli təsir bağışlayıb. Ferstappen son dövrələrə qədər onu DRS məsafəsindən çıxara bilməyib, lakin keçid də  verməyib. Sonda isə Maqnussen yarışı dayandırıb.

Beləliklə, Maks Ferstappen mövsümdə üçüncü, karyerasında isə 23-cü qələbəsini qazanıb. Şarl Lekler və Karlos Sayns növbəti iki yeri tutaraq podimumu tamamlayıblar.

Mübarizə 2 həftə sonra Barselonada davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Mövqe
1 1 Maks Ferstappen Red Bull 1:34:24.258 1
2 16 Şarl Lekler Ferrari + 0:03.786 1
3 55 Karlos Sayns Ferrari + 0:08.229 1
4 11 Serxio Peres Red Bull + 0:10.638 2
5 63 Corc Rassell Mercedes + 0:18.582 1
6 44 Lyuis Həmilton Mercedes + 0:21.368 1
7 77 Valtteri Bottas Alfa Romeo + 0:25.073 1
8 31 Estetan Okon Alpine + 0:28.386 1
9 14 Fernando Alonso * Alpine + 0:32.128 1
10 23 Aleksander Elbon Williams + 0:32.365 1
11 18 Ləns Stroll Aston Martin + 0:37.026 1
12 22 Yuki Tsunoda AlphaTauri + 0:40.146 2
13 3 Daniel Rikkardo * McLaren + 0:40.902 2
14 6 Nikolas Latifi Williams + 0:49.936 1
15 47 Mik Şumaxer Haas + 1:13.305 2

 

*  – Fernando Alonso insidentə səbəb olduğu üçün nəticəsinə 5 saniyə əlavə edilib.

*  – Kevin Maqnussen insidentə səbəb olduğu üçün nəticəsinə 5 saniyə əlavə edilib.

*  – Daniel Rikkardo trasdan çıxaraq üstünlük əldə etdiyi üçün nəticəsinə 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:31.456 (53-cü dövrə, 213.255 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Kevin Maqnussen * Haas 56 mexaniki problem
Sebastyan Fettel Aston Martin 55 qəza
Pyer Qasli AlphaTauri 46 asılqan
Lando Norris McLaren 40 qəza
Quanyu Çjou Alfa Romeo 7 mexaniki problem

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 16 Şarl Lekler Scuderia Ferrari 104
2 1 Maks Ferstappen Red Bull Racing 85
3 11 Serxio Peres Red Bull Racing 66
4 63 Corc Rassell Mercedes-AMG Petronas F1 Team 59
5 55 Karlos Sayns Scuderia Ferrari 53
6 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 36
7 4 Lando Norris McLaren Racing 35
8 77 Valtteri Bottas Alfa Romeo F1 Team ORLEN 30
9 31 Esteban Okon Alpine F1 Team 24
10 20 Kevin Maqnussen Haas F1 Team 15
11 3 Daniel Rikkardo McLaren Racing 11
12 22 Yuki Tsunoda Scuderia AlphaTauri 10
13 10 Pyer Qasli Scuderia AlphaTauri 6
14 5 Sebastyan Fettel Aston Martin Aramco Cognizant F1 Team 4
15 14 Fernando Alonso Alpine F1 Team 4
16 23 Aleksander Elbon Williams Racing 2
17 24 Quanyu Çjou Alfa Romeo F1 Team ORLEN 1
18 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Scuderia Ferrari Ferrari 157
2 Oracle Red Bull Racing Red Bull 151
3 Mercedes-AMG Petronas F1 Team Mercedes 95
4 McLaren F1 Team Mercedes 46
5 Alfa Romeo F1 Team ORLEN Ferrari 31
6 Alpine F1 Team Renault 28
7 Scuderia AlphaTauri Red Bull 16
8 Haas F1 Team Ferrari 15
9 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 5
10  Williams Racing Mercedes 2
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*