Belçika-2022: İkinci sərbəst yürüşlər

Spa-da ilk məşqlər şiddətli yağış altında başa çatıb, lakin ikinci məşqlərə qədər asfalt demək olar ki, tamamilə quruyub. Buna görə də sürücülər dərhal sliklərlə trasa çıxıblar.

F-1.az bildirir ki, Bottas, Okon və Maqnussenin maşınlarında ilk sessiyada yaranan problemlər aradan qaldırılıb və onlar boksları ilk dəqiqələrdən tərk ediblər. Komandaların proqramlarının əsas hissəsi həm qısa, həm də ardıcıl dövrələr vuraraq təkərlərin səmərəliliyini yoxlamaq və düzgün sazlanmaları tapmaqdan ibarət olub. Hava sərin olduğu üçün heç də hamı təkərləri ideal dərəcədə isidə bilməyib.

Peresin maşınında DRS problemi yaranıb, Lekler, Həmilton, Rassell və Sayns trasdan çıxsalar da, yollarına davam ediblər. Qasli səkkizinci döngədə çınqıllığa düşdüyü üçün sarı bayraqlar dalğalanıb, lakin fransız sürücü vəziyyəti düzəldə bilib. Bu sessiyanın sonunda da yağış yağmağa başlayıb. Mik 7-ci döngədə maneədən yayınmaq üçün çınqıllığa çıxmalı olub, Elbon və Alonso isə döngələri kəsiblər. Hamı boksa qayıdıb, sonra isə start proseduruna hazırlaşmaq üçün sliklərlə trasa çıxıblar. Ferstappen bunu pit-leynin çıxışında edib və stüardların diqqətindən yayınmayıb.

Protokollara Maks Ferstappen başçılıq edib – 1:45.507. Məşqlər sabah davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 1 Maks Ferstappen Red Bull 1:45.507 20
2 16 Şarl Lekler Ferrari 1:46.369 + 0:00.862 21
3 4 Lando Norris McLaren 1:46.589 + 0:01.082 17
4 18 Ləns Stroll Aston Martin 1:46.635 + 0:01.128 16
5 55 Karlos Sayns Ferrari 1:46.649 + 0:01.142 20
6 44 Lyuis Həmilton Mercedes 1:46.893 + 0:01.386 18
7 14 Fernando Alonso Alpine 1:46.975 + 0:01.468 19
8 63 Corc Rassell Mercedes 1:47.042 + 0:01.535 22
9 3 Daniel Rikkardo McLaren 1:47.255 + 0:01.748 18
10 11 Serxio Peres Red Bull 1:47.346 + 0:01.839 15
11 23 Aleksander Elbon Williams 1:47.520 + 0:02.013 15
12 24 Quanyu Çjou Alfa Romeo 1:47.617 + 0:02.110 21
13 22 Yuki Tsunoda AlphaTauri 1:47.658 + 0:02.151 16
14 10 Pyer Qasli AlphaTauri 1:47.782 + 0:02.275 19
15 5 Sebastyan Fettel Aston Martin 1:47.867 + 0:02.360 19
16 31 Esteban Okon Alpine 1:47.944 + 0:02.437 21
17 20 Kevin Maqnussen Haas 1:48.208 + 0:02.701 19
18 77 Valtteri Bottas Alfa Romeo 1:48.419 + 0:02.912 21
19 6 Nikolas Latifi Williams 1:48.612 + 0:03.105 14
20 47 Mik Şumaxer Haas 1:49.941 + 0:04.434 23

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*