S.Fettel: “Daha sürətli ola bilərdim”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Belçikada cümə günü aldığı nəticələrdən daha sürətli gedə bilərmiş.

F-1.az xatırladır ki, almaniyalı sürücü günü 5-ci yerdə tamamlayıb.

Sebastyan Fettel: “Cümə gününə görə sevincli deyiləm. Yağışda bir neçə dövrə vurmaq gözəl idi, amma çox şeyi sınaqdan keçirməliyik. Şənbə günü havanın necə olacağını bilmirik. Deyilənə görə quru olacaq. Amma burada işlər qısa müddət ərzində dəyişə bilir. Hər bir şəraitə uyğunlaşmalıyıq. Mercedes cümə günü sürətli görünürdü. Sıralanma turunda daha sürətli olacaqlarını unutmamalıyıq. Buna görə də sıralanma turuna yaxşı hazırlanmalıyıq. Hazırda favorit Mercedes-dir, amma yarışa çıxmadan qəti danışmaq olmaz. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*