S.Fettel: “Döngələrdə vaxt itiririk”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Meksikada sürətli döngələrdə çox vaxt itirirlər.

F-1.az xatırladır ki, almaniyalı sürücü Rodriges qardaşları adına trasda keçirilən sıralanma turunda 4-cü olub.

Sebastyan Fettel: “Sürətimdən razıyam. Gözəl sessiya idi. Poul qazanmağa yaxın idik və ilk cəhdimdən razı qalmışdım. İkinci cəhdimə başlayanda bilirdim ki, Red Bull-ları keçmək üçün əlimdən gələni etməliyəm. Buna görə də son həddə sürdüm, ancaq alınmadı. Arada 0.2 saniyə fərq var və bunu qəbul etmək olar. Asfaltla ilişməmiz Red Bull və Mercedes qədər yaxşı deyil. Döngələrdə və xüsusən də son sektorda güclüdürlər.

Cümə günündən sonra bilirdim ki, Red Bull-u keçmək çətin olacaq. Sürətli döngələrin çox olduğu son sektorda vaxt itiririk. Amma düzlüklərdə sürətliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*