11 Dekabr 2018, Çərşənbə axşamı - 04:13

K.Horner: “Fettel də gənc illərində səhv edirdi”

K.Horner: “Fettel də gənc illərində səhv edirdi”

Müəllif: Rauf Hacıyev, redaktor

14:11 - 18 Aprel, 2018

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Çində rəqibi Fettelə çırpılan Ferstappen bu hadisədən dərs çıxaracaq.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Avstraliya yarışında yerində fırlanmış, Bəhreyndə Lyuis Həmiltonla təmas yaşayaraq, mübarizəni dayandırmış, Çində isə Fettelə çırpılaraq rəqibinin geriyə düşməsinə səbəb olmuşdu.

Kristian Horner: “Böyük istedadı var və öz üzərində işləyən adamdır. Hazırda səhvlərinə fokuslanacaq və buna şübhə etmirəm. Bu barədə danışmışıq. İstedadı göz qabağındadır. Cəsarəti və yarış instinktinə söz ola bilməz. Sadəcə səbirsizlik etdi. Bu çatışmazlığını da aradan qaldıracaq.

Yarışdan sonra Sebastyanla danışdım və Maksın üzr istəməsindən razı qalmışdı. Düzdür, səhvləri oldu, amma Sebastyan da karyerasının həmin dövrlərində oxşar səhvlər edirdi. Maks bu yarışdan çox dərs çıxartdı və növbəti yarışlarda yaxşı performans göstərməyə çalışacaq, çünki bolidimiz güclüdür. Bundan istifadə etməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 121
Teqlər , , , , ,
Paylaş

logo