06 Dekabr 2019, Cümə - 04:38

Bəhreyn Qran Prisi: Sıralanma turu

Bəhreyn Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

03:58 - 21 Aprel, 2013

Quru. Günəşli. Havanın temperaturu +32° C, trasın temperaturu +41° C Bir həftə əvvəl Şanxayda Lyuis Həmilton Mercedes AMG komandası üçün […]

Quru. Günəşli. Havanın temperaturu +32° C, trasın temperaturu +41° C

Bir həftə əvvəl Şanxayda Lyuis Həmilton Mercedes AMG komandası üçün inamla poul qazanmışdı, üç sürücü, o cümlədən Sebastyan Fettel son sessiyada isə mübarizədən imtina etmişdilər, amma Bəhreyndə vəziyyət ciddi dəyişib. Trasın fərqli konfiqurasiyası, ön təkərlərin deyil arxa təkərlərin yüklənməsi, fərqli təkər tərkibləri, daha isti hava və cod asfalt örtüyü – bütün bu faktorlar qüvvələr nisbətinə təsir edib.

Stüardların qərarına görə Çin yarışından sonra iki sürücü cərimə almışdı. Esteban Qutyerres Adrian Sutillə toqquşmaya görə beş yer, Mark Uebber isə Jan Erik Vernlə toqquşmaya görə üç yer itirməklə cəzalanmışdlar. BU gün səhər Bəhreyndə Lyuis Həmilton da sabahkı startda beş itirməklə üzləşib – səhər onun maşınında təkərin partlaması və asılqanın qırılmasından sonra komanda onun maınında ötürmələr qutusunu dəyişib.

Birinci sessiyada bütün sürücülər 107%-lik həddi aşa biliblər. Sürücülərin çoxu trasa daha yumşaq təkərlərlə çıxıb, amma protokollara Hard təkərlərlə Fernando Alonso başçılıq edib – 1:32.878. Mübarizəni isə Marussia və Caterham sürücüləri ilə birlikdə Qutyerres və Maldonado dayandırıblar.

İkinci sessiyada hamı Medium-a keçib. Ən yaxşı nəticəni Sebastyan Fettel göstərib – 1:32.746, finala Qrojan, Peres, Rikkardo, Hülkenberq, Bottas və Vern çıxa bilməyiblər.

Finalda Alonso, Rosberq, Həmilton, di Resta və Sutil dərhal trasa çıxıblar, digər sürücülər isə son dəqiqələri gözləməyə üstünlük veriblər. Sutil də sürətli dövrəyə çıxmayaraq boksa qayıdıb.

İlk cəhddən protokollara Rosberq başçılıq edib – 1:32.543. Sessiyanın sonunda on sürücü trasa çıxıb, Massa hamıdan fərqli olaraq Hard tərkibini seçib. Rosberq öz nəticəsini bir qədər də yaxşılaşdıraraq (1:32.330) karyerasında ikinci poulunu qazanıb.

Sabah onunla birlikdə ilk cərgədən yarışa Fettel start verəcək, ikinci cərgəni isə Ferrari sürücüləri zəbt edəcəklər: Alonso və Massa, çünki Həmilton və Uebber startda yer itirəcəklər. Massanın Hard təkərlərlə startı maraqlı strategiya olacaq. Censon Batton da sürətli dövrəsini tamamlamadığı üçün sabah təkər seçimi edə biləcək. İstənilən halda, yarış maraqlı olacaq…

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01N.RosberqMercedes AMGMercedes031:33.364021:32.8671:32.330
02S.FettelRed BullRenault021:33.327011:32.7461:32.584+ 0.254
03F.AlonsoFerrariFerrari011:32.878051:33.3161:32.667+ 0.337
04L.HəmiltonMercedes AMGMercedes051:33.498071:33.3461:32.762+ 0.432
05M.UebberRed BullRenault091:33.966031:33.0981:33.078+ 0.748
06F.MassaFerrariFerrari071:33.780081:33.3581:33.207+ 0.877
07P.di RestaForce İndiaMercedes061:33.762061:33.3351:33.235+ 0.905
08A.SutilForce İndiaMercedes101:34.048091:33.3781:33.246+ 0.916
09K.RəykkönenLotusRenault081:33.827041:33.1461:33.327+ 0.997
10C.BattonMcLarenMercedes111:34.071101:33.702
11R.QrojanLotusRenault041:33.498111:33.762
12S.PeresMcLarenMercedes131:34.310121:33.914
13D.RikkardoToro RossoFerrari121:34.120131:33.974
14N.HülkenberqSauberFerrari151:34.409141:33.976
15V.BottasWilliamsRenault161:34.425151:34.105
16J.E.VernToro RossoFerrari141:34.314161:34.264
17P.MaldonadoWilliamsRenault171:34.425
18E.QutyerresSauberFerrari181:34.730
19Ş.PikCaterhamRenault191:35.283
20J.ByankiMarussiaCosworth201:36.178
21Q.van der QardeCaterhamRenault211:36.304
22M.ÇiltonMarussiaCosworth221:36.476

Bəhreyn Qran Prisi: Sıralanma turu

Bəhreyn Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:23 - 21 Aprel, 2012

Quru. Günəşli. Havanın temperaturu +31° C, trasın temperaturu +43° C Bəhreyndə sərbəst yürüşlərdə sürücülər təkərlərin tez yeyilməsindən gileylənirdilər və üzə […]

Quru. Günəşli. Havanın temperaturu +31° C, trasın temperaturu +43° C

Bəhreyndə sərbəst yürüşlərdə sürücülər təkərlərin tez yeyilməsindən gileylənirdilər və üzə çıxan problemləri həll etmək üçün sazlanmalar axtarırdılar. Bir həftə əvvəl karyerasında ilk poulunu qazanmış Niko Rosberq dünən və bu gün səhər ən yaxşı nəticələr göstərmişdi – mütəxəssislər almaniyalı sürücünün Bəhreyndə də poul qazanması şanslarını yüksək qiymətləndirirdilər.

Səhər güclü külək trasa qum fırtınası gətirib, asfaltın vəziyyəti pisləşib, amma sərbəst yürüşlrədən sonra trayektoriya qumdan təmizlənib.

Birinci sessiyada Həmilton və Rosberq trasdan çıxsalar da problemsiz növbəti sessiyaya keçə biliblər. Protokollara sarı təkərlərlə Serxio Peres başçılıq edib – 1:33.814. Heykki Kovalaynen gözlənilmədən ikinci sessiyaya keçib. Şumaherin maşınında DRS imtina edib və yeddiqat dünya çempionu mübarizəni dayandırıb. Yeni komandalrın beş sürücüsü ilə birlikdə Jan Erik Vern də üçüncü dəfə ardıcıl olaraq ikinci sessiyaya keçə bilməyib. Bütün sürücülər 107%-lik səddi keçdikləri üçün sabah hamı starta çıxacaq.

İkinci sessiyada hamı sarı təkərlərə keçib və sürətlər artıb. Maldonado boksdan çıxmayıb. Protokollara Lyuis Həmilton başçılıq edib – 1:33.209, son sessiyaya isə Rəykkönen, Kobayaşi, Hülkenberq, Massa, Senna, Kovalaynen və Maldonado keçə bilməyiblər.

Son sessiyada on sürücü iki qrupa bölünüb – McLaren və Red Bull sürücüləri sessiyanın əvvəlində birinci cəhdlərini ediblər. Alonso və di Resta trasa çıxsalar da, nəticə göstərməyiblər. İlk cəhdində Həmilton sürətli olub, amma ikinci cəhdində Fettel hamıdan üstün olub – 1:32.422. Son iki ilin çempionu mövsümdə birinci, karyerasında isə 31-ci poulunu qazanıb.

Fettel və Həmiltonun araxsında Uebber və Batton start alacaqlar. Sonrakı altı yeri isə altı müxtəlif komandann sürücüləri tutacaq. Təkərlərin yeyilməsi sürətini nəzərə alaraq, yarışın çox maraqlı keçməsini gözləmək olar…

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01S.FettelRed BullRenault061:34.308081:33.5271:32.422
02L.HəmiltonMcLarenMercedes161:34.813011:33.2091:32.520+ 0.098
03M.UebberRed BullRenault031:34.015041:33.3111:32.637+ 0.215
04C.BattonMcLarenMercedes151:34.792061:33.4161:32.711+ 0.289
05N.RosberqMercedes AMGMercedes101:34.588021:33.2191:32.821+ 0.399
06D.RikkardoToro RossoFerrari021:33.988091:33.5561:32.912+ 0.490
07R.QrojanLotusRenault041:34.041031:33.2461:33.008+ 0.586
08S.PeresSauberFerrari011:33.814101:33.6601:33.394+ 0.972
09F.AlonsoFerrariFerrari141:34.760051:33.403
10P.di RestaForce İndiaMercedes121:34.624071:33.510
11K.RəykkönenLotusRenault091:34.552111:33.789
12K.KobayaşiSauberFerrari051:34.131121:33.806
13N.HülkenberqForce İndiaMercedes111:34.601131:33.807
14F.MassaFerrariFerrari071:34.372141:33.912
15B.SennaWilliamsRenault081:34.466151:34.017
16H.KovalaynenCaterhamRenault171:34.852161:36.132
17P.MaldonadoWilliamsRenault131:34.63917
18M.ŞumaherMercedes AMGMercedes181:34.865
19J.E.VernToro RossoFerrari191:35.014
20V.PetrovCaterhamRenault201:35.823
21Ş.PikMarussiaCosworth211:37.683
22P.de la RosaHRTCosworth221:37.883
23T.QlokMarussiaCosworth231:37.905
24N.KartikeyanHRTCosworth241:38.314

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 447
Teqlər , , , ,
Paylaş

logo