19 Dekabr 2018, Çərşənbə - 00:10

D.Rikkardo: “Red Bull daha çox qələbə qazanmalıdır”

D.Rikkardo: “Red Bull daha çox qələbə qazanmalıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

16:11 - 18 Aprel, 2018

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, “qırmızı öküzlər”lə yeni müqavilə bağlaması üçün daha çox qələbə lazımdır.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitəcək və 2019-cu ildə Ferrari və ya Mercedes-ə keçməsi gündəmdədir. Amma 28 yaşlı sürücü Çində təhlükəsizlik maşını rejimindən istifadə edərək pitə gəlmiş və daha təzə təkərlərlə 6-cı yerdən 1-ci yerə yüksələrək, mövsümdə ilk qələbəsini qazanmışdı. Media tərəfindən bütün günü təriflənən komanda yoldaşı Ferstappen isə Həmilton və Fettellə təmas yaşayaraq, 5-ci olmuşdu.

Daniel Rikkardo: “Ən güclü boliddə olmaq istəyirəm. Məncə, Çində göstərdim ki, əlimə fürsət düşəndə qalib gələ bilirəm. Təzyiqi və gərginliyi dəf edə bilmirəm. Əgər Red Bull ilə bir neçə yarış da qazansaq, cəlbedici görünəcəklər. Belə olmasa, başqa alternativlər barədə fikirləşəcəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 132
Teqlər , , ,
Paylaş

logo