R.Kubitsa yayda sükan arxasına qayıdacaq?

Robert Kubitsa keçən ilin fevral ayında uğradığı qəzadan sonra bərpa olunmağa davam edir. Sürücünün yaxın dostlarından biri hesab edir ki, […]

Robert Kubitsa keçən ilin fevral ayında uğradığı qəzadan sonra bərpa olunmağa davam edir. Sürücünün yaxın dostlarından biri hesab edir ki, yayın ortalarında polşalı sürücünün Formula1 karyerasını davam etdirməsi məlum olacaq.

Sürücünün yaxın dostu Barselona testlərində BBC-nin jurnalistlərinə bildirib: “Robert praktiki olaraq normal həyata qayıdıb, o öz maşınını müstəqil idarə edir və həyətə çıxıb gəzişir. Düzdür, hələ də sağ əlinin əzələ gücünü bərpa etməklə məşğuldur. İyun və ya iyul ayında dəqiq məlum olacaq ki, Robert Formula1 maşınının sükanı arxasına qayıtmağa hazırdırmı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*