Force İndia-da kadr dəyişikliyi

Force İndia komandasının rəhbərliyində dəyişiklik edilib: Otmar Safnauer icraçı direktor postunda Saymon Robertsi əvəz edəcək. Bu gün Silverstounda komandanın bazasına […]

Force İndia komandasının rəhbərliyində dəyişiklik edilib: Otmar Safnauer icraçı direktor postunda Saymon Robertsi əvəz edəcək. Bu gün Silverstounda komandanın bazasına Vicey Malya və McLaren komandasının başçısı Martin Uitmarş baş çəkiblər və komandanın əməkdaşlarına bu dəyişiklik barədə məlumat veriblər…

Roberts isə McLaren komandasına qayıdır və texniki departamentə başçılıq edəcək. Qeyd etmək lazımdır ki, o Force İndia-da uğurla çalışıb, komanda onun köməyi sayəsində ilk poulunu və ilk podiumunu qazanıb.

Otmaq Safnauerin Formula1-də karyerası 10 il əvvəl başlayıb, o əvvəl B.A.R komandasında işləyib, 2002-ci ildə isə Honda komandasına dəvət olunub və bu ilin əvvəlində yapon şirkəti Formula1-i tam tərk etdikdən sonra istefa verib. Amma buna baxmayaraq, Otmar bu il bəzi yarışlarda paddokda peyda olub, çünki iPhone-un məxsusi olaraq Formula1 azarkeşləri üçün hazırladığı proqram təminatına məsuliyyət daşıyıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*