F.Alonso: Maksimumu aldıq

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, Niderland yarışından maksimum xal toplayıb.

F-1.az xatırladır ki, ikiqat Dünya Çempionu yarışın son dövrələrində yerlisi Karlos Saynsı keçərək, altıncı olub.

Fernando Alonso: “Bəli, yaxşı yarış idi. Təkər yeyilməsi hamı üçün müəmmalı idi. Buna görə hər 5-6 dövrədən bir vəziyyətə nəzarət edirdik. Daha sonra boliddəki hissiyatımıza görə strategiya seçirdik. İlk dövrədə fürsətdir deyib aqressiv davrandıq. Son dövrədə Saynsı keçəcəyimizi gözləirdik, çünki Ferrari bizdən sürətli idi. Yekunda altıncı olduq və bizim üçün maksimum nəticədir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*