Mercedes komandasının rəhbəri Toto Volff, sürücüləri Kimi Antonelli, Corc Rassell və Frederik Vesti Briksuortdakı Morgan Drive və Brəklidəki Lauda Drive-da keçirilən tədbirlərdə iştirak ediblər.
Toto Volff: “Bəzən dayanıb görülən işi dəyərləndirmək lazımdır və bu gün də həmin anlardan biridir.
Son bir neçə il bizim üçün asan sınaq olmayıb. Qarşımıza çətin vəzifələr qoyub, səhvlər edib, yenidən qurulub və işləməyə davam etmişik. Bizi yenidən çempionluq uğrunda mübarizəyə qaytaracaq heç bir sürətli həll olmayıb. Məhz buna görə bu gün burada, Brəkli və Briksuortda hamı ilə birlikdə olmaq bizim üçün bu qədər böyük məna daşıyır.
Mühəndislər Kubokunda qələbə komandamızın hər bir əməkdaşının qələbəsidir. Hər xırdalıq, hər çətin gün, hər ideya öz rolunu oynayıb. Formula 1-in mahiyyəti də elə budur – bazar günü baş verənlər yalnız hər gün görülən iş sayəsində mümkün olur.
Kiminin sürücülər arasında qazandığı titul da xüsusi olub. Biz onu uşaqlıqdan tanıyırıq, gənclər proqramımız boyunca, Formula 1-ə gedən yolda, indi isə dünya çempionu tituluna aparan yolda dəstəkləmişik. Amma o, bu uğura layiqdir. trasda, böyük təzyiqə baxmayaraq, əla nəticələr göstərib və dünya çempionu statusunun gətirdiyi hər şeyə layiqdir.
Corcda bu mövsüm əldə etdiklərimizdə əsas rol oynayıb. O, ilboyu yüksək səviyyədə çıxış edib, sabit nəticələr göstərib və komandanın ona ehtiyacı olan hər an yanında olub. Onun töhfəsi topladığı xallardan çox-çox genişdir. Komandaya gətirdiyi liderlik keyfiyyətləri, təcrübə və sədaqət çox böyük əhəmiyyət daşıyıb. Onsuz Mühəndislər Kubokunda bu titul mümkün olmazdı.
Bu gün hamımızın birlikdə əldə etdiyini qeyd edirik. Bu anın dadını çıxarmalıyıq. Sonra isə idmanımızda həmişə olduğu kimi, işimizə qayıdacağıq”.
Mercedes AMG High Performance Powertrains-ın idarəedici direktoru Hayvel Tomas: “Çempionatda qələbə Formula 1-də sabit nəticələrin ən yüksək göstəricisidir və Briksuortdakı hər bir əməkdaş bu uğurda oynadığı rola görə böyük qürur hissi keçirməlidir.
Mühərriklərlə bağlı yeni reqlamentə keçid 2026-cı ildə ciddi texniki çağırış olub. İş uzun illər gedib və bizdən müstəsna fədakarlıq tələb edib.
Bu günü xüsusilə xoş edən məqam bu işi Brəklidəki həmkarlarımızla birlikdə qeyd etmək imkanıdır. Şassi və güc qurğusu bir maşın və bir komandadır. Mühəndislər Kubokunda qələbə hər iki təşkilat eyni məqsədə can ataraq birlikdə çalışanda nəyə nail olmağın mümkün olduğunu əks etdirir.
Kimini çempionluq titulu münasibətilə təbrik edir, Corca və Briksuortla Brəklidəki bütün əməkdaşlara Mercedes-i zirvəyə qaytarmağa verdikləri töhfəyə görə təşəkkür edirəm”.
Kimi Antonelli: “Hələ də dünya çempionu kimi burada dayandığıma inana bilmirəm. Mən Mercedes-ə hələ çox gənc yaşımda gəlmişdim və bu yolun hər mərhələsində mənə çox insan kömək edib.
Sürücülər çempionatında bir pilot qalib gəlir, amma buna təkbaşına nail olmaq mümkün deyil. Sükan arxasına hər dəfə keçəndə anlayıram ki, Corcu və məni ən yaxşı nəticələri göstərmək imkanı ilə təmin etmək üçün nə qədər saat əmək sərf olunub. Brəkli və Briksuorta gəlib bunda payı olan hər kəslə birlikdə qələbəni qeyd etmək həqiqətən xüsusi hadisədir.
Bu mövsümdə çoxlu inanılmaz anlar olub, amma bu mövsüm hamımızdan böyük səylər tələb edib. Biz daim bir-birimizi daha da irəli aparıb və inkişaf etməyə davam etmişik.
Dünya çempionu olduğum üçün inanılmaz dərəcədə qürur duyuram, amma Mühəndislər Kubokunu birlikdə qazanmağımızla da az qürur duymuram. Buradakı hər kəsə, ailəmə və bu yol boyu mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.
Corc Rassell: “Mühəndislər Kubokunda qələbə mənim üçün çox şey ifadə edir, bu, bütün komandanın əməyinin nəticəsidir.
Son çempionluğumuzdan bəri hamımız çətin dövr keçirmişik. Burada heç kim vəziyyəti tez bir zamanda düzəltməyin mümkün olacağını düşünmürdü. Hamı işləməyə, öyrənməyə və bu mövqeyə qayıda biləcəyimizə inanmağa davam edib.
Qələbə ilə Brəkli və Briksuorta qayıtmaq inanılmaz dərəcədə xoşdur. Mühəndislər Kubokunu Mercedes-ə qaytarmaq üçün öz töhfəmi vermək mənim üçün şərəf olub, burada hər kəs birlikdə əldə etdiyimizlə inanılmaz dərəcədə qürur duymalıdır.
Kimidə böyük təbrikə layiqdir. O, bu il müstəsna uğurlar qazanıb. İlboyu biz bir-birimizlə çox sərt rəqabət aparıb və bu da komandaya irəliləməyə kömək edib”.





