FİA əməkdaşlarına Qətər və Əbu Dabiyə getməməyə icazə verib

FİA əməkdaşlarına təhlükəsizliklərindən narahat olduqları halda Formula1 mövsümünün Qətər və Əbu Dabidə keçiriləcək son mərhələlərinə getməkdən imtina etməyə icazə verib. Onları Yaxın Şərqə yollanmağa razılaşacaq federasiya mütəxəssisləri əvəz edəcəklər.

Daha əvvəl Qətər və Əbu Dabidə keçiriləcək yarışlarla bağlı səfərlərdə əməkdaşların istəklərini nəzərə almağa hazır olduqlarını Mercedes və Ferrari-də bildiriblər. San Pauluda Mercedes komandasının rəhbəri Toto Volff təsdiqləyib ki, komanda heç kəsi bu mərhələlərə getməyə məcbur etmir.

“Əgər kimsə getmək istəmirsə və ya belə bir səfər zamanı özünü rahat hiss etmirsə, mən bunu anlayışla qarşılayaram”, – deyə Volff təsdiqləyib. Onun sözlərinə görə, hələlik Mercedes əməkdaşlarından heç kim bu cür xahişlə ona müraciət etməyib.

Ferrari komandasının rəhbəri Frederik Vassyör də bildirib ki, komanda səfərdən imtina etmək qərarı verən istənilən əməkdaşın seçimini anlayışla qarşılayacaq.

FİA isə hələlik təqdim olunan imkandan istifadə edərək səfərdən imtina etməyə qərar verən əməkdaşların sayını açıqlamayıb.

,