L.Həmilton: “Bottas qələbəyə layiq idi”

Əbu Dabi yarışında ikinci yeri tutan Lyuis Həmilton bildirib ki, komanda yoldaşı Valtteri Bottas qələbəyə layiq olub.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa 2-ci yerdən başlayıb və bütün yarış ərzində komanda yoldaşı Bottası izləsə də, hücum edə bilməyib.

Lyuis Həmilton: “Valtteriyə çoxlu-çoxlu təbriklər! Bu gün əla iş görərək məni arxasında tutdu. Əlimdən gələni etsəm də, burada ötmə etmək çətindir. Son sektorda rəqibi izləmək çətindir. Komandama və bazadakı hər kəsə təşəkkür etməliyik. Bizə güclü bolid verdilər və uğurlarla dolu bir mövsümü geridə qoyduq. Məqsədimiz gələn il də tempimizi davam etdirməkdir. Rəqiblərimiz güclənir və buna görə işimiz asan olmayacaq. Buraya gəlib məni dəstəkləyən fanatlara təşəkkür edirəm. Ümid edirəm ki, gələn il daha güclü olub yenə çempion olaram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*