L.Həmilton: “döngələri görmək olmur”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Pol Rikar trasında döngələri görmək çətindir.

F-1.az xatırkadır ki, Pol Rikar trası 28 ildən sonra təqvimə qayıdıb. Lakin tras labirinti xatırladır. Hətta, Sebastyan Fettel cümə sərbəst yürüşlərində döngələri səhv salmışdı.

Lyuis Həmilton: “Yeni trasda yarışanda sizin üçün yeni çağırış olur. Yeni şeylər öyrənirsiniz və bunları digər sürücülərdən əvvəl kəşf etməyə çallışıram. Burada daha çox yarış trayektoriyamız var və bunlar sizi aldada bilir. Rəngli xəttlərə görə trasdakı yerinizi tapmaqda çətinlik çəkirsiniz. Trasdakı bəzi hissələrdə döngələri görmək çətindir. Məsələn, arxa düzlükdən sonrakı döngəni görmək çox çətindir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*