K.Horner: Lyuis üçün maşınımız yoxdur

Yeddiqat dünya çempionunun 2013-cü ildən bəri çıxış etdiyi Mercedes ilə müqaviləsi bu ilin sonunda başa çatır.

F-1.az xəbər verir ki, SkyNews-in müxbiri Red Bull-un başçısına Lyuis Həmiltonun onun komandasına mümkün keçidi barədə soruşub.

Kristian Horner: “Lyuis Formula1-də inanılmaz nailiyyətlər əldə edib, indiki pilotlar arasında titulların sayına görə onun tayı-bərabəri yoxdur. Amma biz indi sürücülərimizdən çox razıyıq. Onlar bu il və gələn il əsas sürücü cütümüz olacaqlar və Lyuis üçün maşınımız yoxdur.

Əminəm ki, Mercedes problemlərini həll edəcək, biz onları heç vaxt hesabdan silmirik. Eşitdik ki, onlar ciddi yeniləmələr hazırlayırlar. Ferrari də indiki mövqeyindən narazıdır. Mübarizə yeni başlayıb”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*