S.Fettel: “Həmiltonu məğlub etməliyəm”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Lyuisi məğlub etmək ona yaxşı təsir edəcək.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən il mövsümün ilk yarısından yay fasiləsinədək lider olsa da, fasilədən sonra etdiyi səhvlərə və etibarlılıq problemlərinə görə çempionluğu əldən vermişdi.

Sebastyan Fettel: “Ferrari-də çempion olub Formula1-dəki ən gözəl hissi tarixin ən böyük komandası ilə yaşamaq istəyirəm. Ən böyük arzum budur. Amma Lyuisi məğlub edərək bu məqsədimə çatmaq istəyirəm. O hazırda ən böyük rəqibimdir və onun kimi sürücünü keçərək çempion olmaq gözəl olar. Formula1-də çempion olduqdan sonra tək məqsədimiz həmişə qalib gəlməkdir. Onsuz da Ferrari ilə yarışanda qələbədən başqa nəticə uğursuzluq sayılır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*