M.Ferstappen: Özümə güvənim yox idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Melburnda heç nə istədiyi kimi getmir.

F-1.az xatırladır ki, niderlandlı sürücü sıralanma turunda Leklerdən 0.2 saniyə geridə qalraq, 2-ci olub.

Maks Ferstappen: “İkinci yerdən razı deyiləm. Bu həftə özümü yaxşı hiss eləmədim. Heç bir dövrəmdə özüməinam yox idi. Buna görə çətinlik çəkdim. İkinci yer yaxşı olsa da, limitdə sürəndə özümü yaxşı hiss etmədim. Vəziyyəti təhlil edəcəyik. Yarış tempində hər şey daha yaxşı olacaq. Yenə də heç nə istədiyim kimi deyil. İkinci yerə görə sevinsəm də, daha yaxşısını edə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*